Hersoqun təyyarəsinin Azərbaycandan keçməsinə icazə verilmədi

14:56 28.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə İsrail prezidenti İshaq Hersoqun Astanaya uçan təyyarəsinin öz hava məkanından keçməsinə icazə verməyib. 

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin mülki aviasiya xəbər portalı məlumat yayıb.

"Ankaranın imtina etməsi səbəbindən marşrut dəyişdirildi və təyyarə Avropa və Rusiyadan keçdi", - deyə açıqlamada bildirilir.

Məlumata görə, standart marşrut üzrə təyyarə Türkiyə, Ermənistan və Azərbaycandan keçməli idi. Bu da səyahət müddətini əhəmiyyətli dərəcədə azaldır. Marşrutun dəyişdirilməsi nəticəsində Təl-Əvivdən Qazaxıstanın paytaxtına uçuş təxminən səkkiz saat çəkib.